Suallar və Cavablar

۱- “Mülk” surəsində deyilir: الذی خلق الموت و الحیاه “Əlləzi xələqəl – movtə vəl – həyatə”, ölüm məxluqdurmu Allah onu yaratsın? Məşhur nəzərə əsasən ölüm yoxluq sayıldığı halda bunu necə qəbul etmək olar? Belə halda yaradılışın mənası nədir?

Cavab: “Xəlq”-in (yaratmaq) bir neçə mənası vardır. Bütün lüğət kitablarında buna işarə olunmuşdur ki, “xəlqin” mənası təqdirdir. Deməli ayədəki məna belədir: O Allah ki, ölüm və həyatı siz insanların imtahanı üçün təqdir və müəyyən etmişdir. Qeyd etdiyimiz mənaya şahid kimi “Vaqiə” surəsinin 60-cı ayəsini göstərmək olar: “Nəhnu qəddərna beynəkum əl-movtə”. Yəni, biz ölümü siz insanlar arasında təqdir və müəyyən etdik”.

Daha çox məlumat üçün “Durusu hovləl-movti vəl-bərzəx və əşratis-saəh” adlı kitabımıza müraciət edə bilərsiniz.


۲- Tarixdə Peyğəmbərin (s) rəcəb ayının 27 – də peyğəmbərliyə seçildiyi və ilk ayələrin həmin gün nazil olduğu qeyd edilir. Həmçinin “Qədr” surəsində Allah buyurur: “Biz onu (Quranı) Qədr gecəsi nazil etdik”. Bu ayə Quranın bütövlüklə ramazan ayı, Qədr gecəsində nazil olduğuna dəlalət edir. Digər tərəfdən Quranın iyirmi üç il ərzində Peyğəmbərə (s) nazil olması aydındır. Bu göstərici şahidlərə, Quranın dəlillərinə əsasən Quran iki dəfə nazil olmuşdur. Bir dəfə tamamilə, bir dəfə də tədricən. başqa formada bunu izah etmək olarmı?

Cavab: Nəzərimcə Quran bir dəfə nazil olmuşdur və təkrar nazil olmanın heç bir mənası yoxdur. Diqqət etmək lazımdır ki, “Quran” adı bəzən bütün Qurana, bəzən isə Quranın bir qisminə, hətta Quranın bir ayəsinə də aid edilir. Necə ki, “su” kəlməsi həm bir qətrə su, həm də bütün dünya suları üçün istifadə edilir.

Buna əsasən “inna ənzəlna…” ayəsinin mənası budur ki, Quran ramazan ayında, Qədr gecəsində nazil olmuşdur. Həmin gecə istər bir qisim ayələr nazil olmuş olsun, istərsə də “Ələq” surəsin ilk beş ayəsi, məna düzdür. Çünki beş ayə də Qurandır.

Məşhur nəzərə əsasən Peyğəmbərin (s) rəcəb ayının iyirmi yeddisində məbus olduğuna (seçildiyinə) gəlincə, Quranın ilk dəfə həmin tarixdə, məbəs günü nazil olmasına lüzum yoxdur. Çünki, Peyğəmbərin (s) Hira dağından enərkən “Qulu la ilahə illəllah” (La ilahə illəllah deyin) deməsi məşhurdur. Belə olduqda Quranın ilk ayələrinin məbəs günündən iki ay sonra nazil olması mümkündür. Necə ki, Tövrat bir neçə müddətdən sonra Musaya (ə) nazil olmuşdur.

Daha ətraflı məlumat üçün “Durus hovlə nuzulil-Quran” adlı kitabımıza müraciət edə bilərsiniz.


۳-Quranı musiqi ilə oxumaq olarmı?

Cavab: Quranı gözəl səslə oxumaq icazəlidir. Lakin, “ləhv” məclislərinə adi səs tonu və ahənglə Quranı oxumaq olmaz və bu cür oxumaq haramdır.


۴-“Və ləqəd kərrəmna bəni Adəmə” (Biz Adəm övladını üstün və şərəfli etdik) ayəsində ümumilik bütün insanlara aiddir yoxsa bir qrup insana?

İlk baxışda məqsəd heyvanın müqabilində olan bəşərdir.


۵-“Ayətul-kürsi” (Bəqərə surəsinin 255-ci ayəsi) “və huvəl-əliyyul-əzim”-ə qədərdir, yoxsa, “hum fiha xalidun”-a qədər oxunmalıdır?

Cavab: Bəzi hədislərin zahirinə əsasən “Ayətul-kürsi” “və huvəl-əliyyul-əzim”-ə qədərdir, lakin ehtiyatə əsasən “hum fiha xalidun”-a kimi oxumaq lazımdır.


۱-Peyğəmbərlər və imamlardan əlavə həzrət Zeynəb (ə) və həzrtə Əbülfəzl Abbas (ə) kimi şəxsləri məsum saymaq olarmı? İsmətin də mərtəbələri vardırmı?

Cavab: Peyğəmbərlər və imamlarda olan ismətin kimdəsə olduğuna dair iddia batildir. Dediyiniz şəxslər barədə “nəfslərinə hakim idilər”, “ixtiyari surətdə günah etmirdilər” kimi ifadələr deyilə bilər.


 ۲-Əhli-beytə (ə) məhəbbət, düşmənlərinə qarşı isə nifrət bəsləmək, özü-özlüyündə, yəni insanı ibadətə vadar etməsə belə şəxs üçün faydalıdırmı?

Cavab: Əhli-beyti (ə) sevmək, onlara məhəbbət bəsləmək savabı olan əməllərdəndir.


۳-“Rəcət” məzhəbin əsaslarındandırmı?

Cavab: “Rəcət”-ə etiqad, şiənin zəruri etiqadlarındandır.


۴-Allahın adları “tovqifidirlərmi”?

Cavab: Bəli, Allahın adları tovqifidirlər.


۵-Məşhur hədisdə deyilir ki, günəş Əmirəl-möminin İmam Əliyə (ə) görə qürub enəndən sonra qayıdıb və bu hədis “rəddüş-şəms” kimi məşhurdur. Sizdən aşağıdakı sualları cavablandırmağınızı rica edirik:

A. Hədisin sənədi mötəbərdirmi? 

B. Hədisin sənədinin düzgün olduğunu fərzən qəbul etsək, günəşin qayıtması “yoxun qayıdışı qeyri-mümkündür” qaydasına tuş gəlmirmi?

C. Hər iki bəndi fərzən qəbul etsək, İmam (ə) namazını hətta şama qədər (namaz vaxtından xaric olana qədər) təxirə salarmı?

Cavab A: Bəli, hədisin sənədi mötəbərdir.

Cavab B: Günəşin qayıtması “yoxun qayıtması” demək deyil.

Cavab C: Peyğəmbərin (s) hədisinə əsasən həzrət peyğəmbərin mübarək başı həzrət Əlinin (ə) dizi üzərində idi. Risalət məqamının əzəmətini elan etmək üçün namazın təxirə düşməsinin icazəli olması mümkündür.


۶-İmam Zamanın (ə.c) dördüncü naibi Əli bin Məhəmməd Səməriyə verdiyi əlyazmasında gəlmişdir ki: “Sənin ömrün sona çatdı, heç kəsə vəsiyyət etmə. Çünki, böyük qeybət dövrü başladı. İmamı (ə) aşkar görmək, müşahidə etmək mümkün deyil. Zühurdan öncə hər kəs onu gördüyünü, müşahidə etdiyini iddia etsə, onu yalançı sayın”. Buna baxmayaraq bəzi kitablarda İmam Zamanı (ə) ziyarət edən bir çox şəxslərin adı keçir, onların başına gələn hadisələr qeyd edilir. Lütfən izah edin, bu iki ziddiyyətli tarixi nəqli necə bir yerə toplamaq mümkündürmü?

Cavab: Əlyazmada mümkünsüz sayılan görmə və müşahidədən məqsəd, İmamı tanıdığı halda onunla görüşməkdir. Amma İmamla (ə) görüşüb ayrılandan sonra həmin şəxsin İmam (ə) olduğunu anlamaq mümkünsüz sayılmır. Kitablarda qeyd edilən görüşlərin əksəriyyəti “mükaşifə” (bəsirətlə görmə) yolu ilə olmuşdur. Hətta bəzi nəqllərdə görüşmənin “mükaşifə” olması açıq-aşkar qeyd edilmişdir. Kitablarda yazılanlara diqqət etsək, onların “mükaşifə” olması aydın olur. Lakin hadisə şahidi (İmamı (ə) görən şəxs) bunun “mükaşifə” olduğunu hiss etməmiş, müşahidə olduğunu güman etmişdir. Alimlərdən biri mənə deyirdi ki, Məhəmməd Kufi deyirdi: “Nəcəfdən Kərbəlaya gedirdim. Yolda maşına mindim. Arxa oturacaqda outran şəxs Nəcəfdən çıxandan əlini çiynimə qoymuşdu. Mən, onu İmam Hüseynin (ə) zəvvarı olduğu bildiyim üçün bir söz demədim. Amma maşından enəndə qolumun ağrıdığını, hissiyyatını itirdiyini anladım!

Ani olaraq İmamı (ə) geniş meydanda gördüm. Həzrət (ə) mənə tərəf gəlib soruşdu: “Çiynin ağrıyırmı?”

Dedim: “Bəli”.

Həzrət (ə) əlini çiynimə sürtdü və ağrım keçdi…”.

Alimin sözü bitəndən sonra dedim: “Filani, bu görmək deyil, mükaşifədir”.

Dedi: “Nəyə görə?”

Dedim: “O vaxt dediyin yerdə meydan yox idi, bəlkə yollar dar, döngə və əyri idi. O, mənim sözümdən təsirləndi. Sanki, yuxudan yenicə ayıldı. Artıq deməyə bir sözü olmadı.

Buradan məlum olur ki, Bəhreyni, Bəhrül-ülum kimi böyük və məşhur alimlərin İmam Zamanı (ə) görməklə əlaqədar danışdıqları dastanları mükaşifə hesab etmək lazımdır. Çünki, bunlar adi yerdə, adi halda görülən yuxu deyildir. Ona görə də deyillər: “Beynəl-novmi vəl-yəqzə”. Yəni, yuxu və ayıqlıq arasında bir hal. Nəzərimcə bu ibarət mərhum Məclisinin kəlamında gəlmişdir.


۷-Həzrət Məhəmməd (s) və Ali Məhəmməd (ə) öz namazlarında səhv ediblər iddiası doğrudurmu?

Cavab: Sözügedən mövzu barədə hədislər mövcuddur. Şeyx Səduq (r.ə) bunu qəbul edir. Amma məşhur nəzərə əsasən Peyğəmbərə (s) səhv nisbəti vermək düzgün deyil.


۸-Cinlər insanlarla əlaqə yarada, onlara zərər verə, onlarla cinsi əlaqədə ola bilərmi?

Cavab: Zərər verməsi mümkündür, amma ailə qurması və nəsil artırması mümkün deyil.


۹-“Təthir” ayəsi imamların (ə) həm ruhi, həm də cismi paklığına, hətta qanlarının paklığına da dəlalət edir. Şiə alimlərin bu barədə nəzərləri nədir?

Cavab: Bu səpkidə ayələr o həzrətlərin (ə) cismi paklığı haqda yox, məqam və şəxsiyyətləri barədədir. İmamlar (ə) özləri, bədənləri bulaşan zaman paklayırdılar.


۱۰-Allahın qəzəbi nə deməkdir?

Cavab: Allahın qəzəbi dedikdə: Onun günahlara görə dəyişən intiqam və əzabı nəzərdə tutulur. Yəni, xüsusi günahlara bulaşan şəxslər, xüsusi intiqam və əzabla qarşılaşacaqlar.


۱۱-İmam Zamanın (ə.c) zühuru “səmavi səs”-ə bağlıdır? O səsdən öncə zühur baş verməyəcək?

Cavab: Zühurun qəti nişanələrindən biri səmavi səsdir.


۱۲-İmamlar (ə) dünyaya gələrkən fəal ağıla sahibdirlərmi? Onlar Allahı şühudla tanıyırlarmı?

Cavab: Bəzi hədislərdən dedikləriniz ortaya çıxır.


۱۳-Məaz bin Cəbəl kimdir?

Cavab: Məaz bin Cəbəl Peyğəmbərin (s) nüfuzlu səhabələrindən idi və Peyğəmbər (s) insanlar arasında qəzavət etməsindən ötrü ona dəyərli sözlər öyrədərək Yəmənə göndərmişdi. Amma Peyğəmbərin (s) vəfatınndan sonra həzrət Əli və Fatiməyə (ə) kömək etməkdən imtina etdi. Nəticədə o iki böyük şəxsiyyətin nifrətinə layiq oldu.


۱۴-Quranda gələn və sifariş olunan “səbrun cəmilun” (gözəl səbir) hansı səbirdir? 

Cavab: Gözəl səbir, bəlaya görə əksül-əməl göstərməmək, şikayət etməmək, onu Allaha həvalə edib, Allaha şükür etməkdir.